BAKI, 1 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Baş naziri Mixail Mişustin ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunub.

“Hökumət başçıları ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Ermənistan-Rusiya əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - açıqlamada bildirilib.