BAKI, 29 iyun. TELEQRAF

“İrəvanın Avrasiya İqtisadi Birliyində (AİB) gələcək üzvlüyü ilə bağlı referendum keçirməyə tələsməməsi hakimiyyətin siyasi konyunktura (fürsətçi) mülahizələri ilə bağlı ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Referenduma gəlincə, bildiyiniz kimi, qeyd olunan birgə bəyanatda dörd ölkənin lideri (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) bu referendumun yaxın vaxtlarda keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Çünki Ermənistan qanunvericiliyinə əsasən, ölkənin beynəlxalq inteqrasiya strukturlarına üzv olması üçün referendum keçirilməsi zəruridir.

Buna görə də, açığını desək, Ermənistan rəhbərliyinin ölkə vətəndaşlarından onlar üçün son dərəcə mühüm olan bu məsələ ilə bağlı mövqelərini soruşmağa niyə tələsmədiyini tam anlaya bilmirik. Yəqin bu tələsməməyin arxasında müəyyən siyasi konyunktura mülahizələri dayanır”, - Rusiya XİN başçısının müavini vurğulayıb.

Xatırladaq ki, mayın 29-də AİB-in Astanda keçirilən iclasında Ermənistanın Avrasiya inteqrasiya Birliyində qalmaq və ya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilməsinin zəruriliyi barədə qətnamə qəbul olunub. Qətnamə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.