BAKI, 26 iyun. TELEQRAF

“Ermənistanın sabiq prezidenti Robert Köçəryan törətdiyi cinayətlərə görə həbs olunmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Arusyak Manavazyan deyib.

“Köçəryanın cəzalandırılması üçün ictimai tələb var, çünki onun yeganə məqsədi ölkəmizi hissə-hissə başqa dövlətə (Rusiyanı nəzərdə tutur - red.) verməkdir”, - deputat qeyd edib.

Manvazyan sabiq prezident və komandasının parlamentdəki üzvlərini “xarici ölkənin agentləri” adlandırıb.