BAKI, 25 iyun. TELEQRAF
“Tramp marşrutu” və ya TRIPP layihəsinin icrası hazırda işçi mərhələsindədir və onun həyata keçirilməsi yolunda nə siyasi, nə də maliyyə xarakterli maneələr mövcuddur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, layihə üzrə işlər davamlı şəkildə aparılır: “Hər gün olmasa da, ən azı hər həftə mühəndislik, layihələndirmə, maliyyə və logistika məsələləri müzakirə olunur. Proses irəliləyir və texniki problemlər yaranmasa, bu il artıq tikinti işlərini yerində görmək istəyirik”.
Paşinyan həmçinin Ermənistan-ABŞ əməkdaşlığına toxunaraq bildirib ki, yaxın vaxtlarda iki ölkə arasında mühüm sənədin ratifikasiyası və onun praktiki icrasına başlanılması planlaşdırılır.
Xatırladaq ki, Ermənistan və ABŞ iyunun 4-də TRIPP üzrə çərçivə sazişi imzalayıb.