BAKI, 25 iyun. TELEQRAF
Ermənistan və Özbəkistan avtomobil nəqliyyatı ilə bağlı müqavilə imzalayacaq.
Teleqraf xəbər verir ki, qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib.
Bildirilib ki, hazırda iki ölkədə yükdaşımaları üçün tənzimləyici çərçivə yoxdur, bu da müntəzəm əməliyyatlara mane olur. Hökumətin izahat qeydinə görə, dənizə çıxışı olmayan Ermənistan və Özbəkistan üçün bu qaydaların müəyyən edilməsi xüsusilə vacibdir.
Əlavə edilib ki, saziş Ermənistanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini gücləndirəcək, respublika üçün yeni nəqliyyat dəhlizi açacaq.