BAKI, 18 iyun. TELEQRAF

“Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyan tərəfindən biabırçı miqyasda rüşvət paylanması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir”.

Teleqraf xəbər verir ki, bunu erməni tarixçi Qaqik Safaryan deyib.

Ekspert bildirib ki, rusiyapərəst qüvvələr erməni xalqı ilə dilənçi kimi davranır, ondan öz məqsədləri naminə alət kimi istifadə edirlər:

“Onlar dövlətin düşməni, pozğun insanlardır, parlamentdə yer almaları birabırçılıqdır. Hamısının yeri həbsxanadır, onlar üçün başqa heç bir plan olmamalıdır”.

Safaryan əlavə edib ki, Rusiya Ermənistanda cinayətkar oliqarxiyanı dirçəltmək, qatilləri hakimiyyətə gətirmək istəyir.