BAKI, 17 iyun. TELEQRAF

Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” blokundan deputatlığa namizəd olmuş David Qazinyan həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Xatırladaq ki, Davit Qazinyan bundan əvvəl toxunulmazlıqdan məhrum olunub. Mərkəzi Seçki Komissiyası bununla bağlı Baş Prokurorluğun vəsatətini təmin edib.

Cinayət işi rüşvətlə bağlıdır.