BAKI, 17 iyun. TELEQRAF

“Uşaqların gələcəyinə qarşı istənilən təhlükə mənbəyində məhv edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu təhlükələrin adları var: Robert Köçəryan, kaluqalı oliqarx (Samvel Karapetyan), belaruspərəst oliqarx (Qaqik Sarukyan)”, - o bildirib.

Paşinyan əlavə edib ki, baş nazir olduğu müddətcə onları məhv edəcək, hədəfə alacaq: “Açıq deyirəm: kaluqalı oliqarxı, belaruspərəst oliqarxı və Robert Koçaryanı əzəcəm”.

Ermənistan hökumətinin başçısı sözügedən şəxslər və son seçkiləri rüşvətlə saxtalaşdırmağa çalışanların növbəti parlament seçkilərinə qədər həbsdə olacaqlarını vurğulayıb.