BAKI, 12 iyun. TELEQRAF

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi “Güclü Ermənistan” partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyanın onun barəsində açılmış cinayət işinə xitam verilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinin baxılmasını təxirə salıb.

Teleqraf xəbər verir ki, müdafiə tərəfi əvvəllər də oxşar vəsatətlə çıxış etmişdi.

S. Karapetyan cinayət işi çərçivəsində vergidən yayınma, çirkli pulların yuyulması, külli miqdarda mənimsəmə və hakimiyyəti ələ keçirməyə çağırışlarda ittiham olunur.

İlk məhkəmə iclası aprelin 15-də baş tutub.

Xatırladaq ki, Karapetyana qarşı ev dustaqlığı, girov və səyahət məhdudiyyətləri tətbiq edilib.