BAKI, 12 iyun. TELEQRAF
Müxalif “Çiçəklənən Ermənistan” Partiyasının mitinq çağırışları fonunda Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binasının ətrafında xüsusitəyinatlı polis bölmələri yerləşdirilib.
Teleqraf xəbər verir ki, xüsusitəyinatlılar binanın əsas girişini bağlayaraq, ətrafda mövqe tuturlar.
Hazırda Mərkəzi Seçki Komissiyasında vəziyyətin sakit olduğu bildirilir.
“Çiçəklənən Ermənistan”ın mətbuat katibi İveta Tonoyan bundan əvvəl partiya tərəfdarlarını yerli vaxtla saat 13:00-da Mərkəzi Seçki Komissiyasının binasının qarşısında toplaşaraq son parlament seçkilərində baş verən qanun pozuntularına etiraz etməyə çağırmışdı.