BAKI, 10 iyun. TELEQRAF
“Ermənistan vətəndaşları öz seçimi ilə Rusiyaya və Sergey Kiriyenkonun dəstəklədiyi namizədlərə ciddi zərbə vurdu”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Harutyun Mkrtçyan deyib.
“Hələ də özlərinə gələ bilmirlər, onlara ammonyak lazımdır. 700 min vətəndaş Nikolun arxasında dayandı. Xalq əksinqilabın ayaqlarını qıracaq. Qoy nəticə çıxarsınlar, bu axmaqlara yerlərini göstərmək lazımdır. Böyük-böyük danışırdılar, pul paylayırdılar, zəhər və nifrət püskürürdülər, indi isə yerə sərilib qalıblar, ümidləri puça çıxıb”, - o bildirib.
Mkrtçyan qeyd edib ki, “müharibəçi üçlük” – Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Sarukyan məsuliyyətə cəlb olunmalıdır.
“Robert Köçəryan başa düşür ki, həbsxanada çürüyəcək”, - şərhçi əlavə edib.