BAKI, 9 iyun. TELEQRAF
Ermənistan İstintaq Komitəsi rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” blokunun 6 deputatlığa namizədinə qarşı cinayət işi açıb.
Teleqraf xəbər verir ki, bu barədə İstintaq Komitəsindən yerli mediaya bildirilib.
Müvafiq cinayət işi çərçivəsində iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər külli miqdarda çirkli pulların yuyulmasında və seçki rüşvətinin verilməsində ittiham olunur.
Cinayət işi üzrə istintaq davam edir.