BAKI, 9 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” Partiyasının Avropa İttifaqının (Aİ) aparıcı millətlərarası partiyası Avropa Xalq Partiyasına (AXP) qoşulması ilə bağlı danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Bildirilib ki, hələlik rəsmi qərar verilməyib və son tarix də müəyyən edilməyib. Amma Nikol Paşinyan artıq buna cəhd edir.

Məlumata görə, 2026-cı ilin sonlarında “Vətəndaş Müqaviləsi”nin üzvlüyü təsdiqlənə bilər.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825%-ni toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,281 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,996 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.