BAKI, 2 iyun. TELEQRAF

“Güclü Ermənistan” partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyan barəsində Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən araşdırma başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə komitədən yerli KİV-ə məlumat verilib.

Bildirilib ki, Samvel Karapetyan “Güclü Ermənistan” partiyasının sədri kimi əmlak və gəlirlər barədə bəyannaməni təqdim etməyib. Bu səbəbdən onun barəsində müvafiq araşdırma başladılıb.