BAKI, 2 iyun. TELEQRAF

Rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının Kotayk rayonu təşkilatının rəhbəri saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Saxlanılan şəxsin bölgə sakinlərinə sözügedən partiyanın namizədlərinə səs vermək üçün rüşvət verdiyi bildirilib.

Hadisə ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Komitəsi tərəfindən cinayət işi başlanıb, müvafiq iş üzrə təqsirləndirilən digər şəxslər də saxlanılıb, axtarış və araşdırmalar davam edir.