BAKI, 7 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyana qarşı bu gün verdiyi açıqlamalarla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
“Mənə kaluqalı oliqarxının “bir ton halüsinogen göbələk” haqqında axmaq açıqlaması göstərildi. Əlbəttə, onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında kaluqalı oliqarxa bir ton halüsinogen göbələk yedirdəcəyəm. Sərt sözlərimə görə üzr istəyirəm, amma hər şeyin öz həddi var”, - Baş nazir qeyd edib.
Samvel Karapetyanın Nikol Paşinyanın etirazına səbəb olan açıqlaması belədir:
“Çində insanlarda halüsinasiyalara səbəb olan xüsusi göbələk restoranları var. Paşinyan Çində olanda bunu sınayıb, bəyənib. Məndə olan məlumata görə, Ermənistana təxminən bir ton bu göbələkdən gətirib”.
Oliqarx əlavə edib ki, Paşinyan jurnalistlərlə görüşəndə mütləq həmin göbələklərdən istifadə edir.