BAKI, 17 aprel. TELEQRAF
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər ikitərəfli gündəm və regional inkişaflarla bağlı məsələləri müzakirə edərək, sülh və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
İkitərəfli və regional əlaqələri təmin edən layihələrin həyata keçirilməsi imkanlarına istinad edilib.