BAKI, 17 aprel. TELEQRAF
“Qlobal çağırışlar fonunda Cənubi Qafqazın əhəmiyyəti artır”.
Teleqraf xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində panel müzakirəsində çıxış edən Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyirik. Şimali Makedoniya kimi bizim də bir məqsədimiz var, amma gördüyümüz ki, Avropa İttifaqı ciddi və fundamental çağırışlarla üzləşib. Uzun illər ərzində Avropa İttifaqının yüksək rifah, demokratiya və hüququn aliliyi kimi güclü tərəfləri olub. Bu gün isə bu üç sahədə çətinliklər var. Bu, bizi narahat edir, ümid edirik, vəziyyət gələcəkdə dəyişəcək”, - o bildirib.
Cənubi Qafqaza gəlincə, Kobaxidze qeyd edib ki, qlobal çağırışlar regiona da təsir eləsə də, onun əhəmiyyəti artır.