BAKI, 1 noyabr. TELEQRAF

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi polis polkovniki Eldəniz Məmmədov yeni vəzifəyə təyinat alıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, E.Məmmədov Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.