BAKI, 1 noyabr. TELEQRAF
Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə qəza baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
Hərəkətdə olan Fiat, Chevrolet, Hyundai, Mercedes markalı minik avtomobilləri və Ford markalı yük avtomobili bir-biri ilə toqquşub.
Nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.