BAKI, 9 aprel. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında təhlükəsizliyin ən etibarlı qarantı sülhdür”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Hər bir ölkənin öz daxili təhlükəsizlik sistemləri olmalıdır, amma təhlükəsizlik anlayışı nə qədər geniş olarsa, bir o qədər yaxşıdır. Məsələn, Ermənistanla Azərbaycan arasında sülh təhlükəsizliyin qarantıdır, ya yox? Əlbəttə, bu, qarantiyadır. Ermənistanla Azərbaycan arasında bərqərar olan bu sülh kimin üçündür? Bu sülh razılaşması kim üçün imzalanıb? Hər kəs özü üçün. Amma onu özü üçün imzalamaqla hər kəs digər tərəf üçün də müəyyən təhlükəsizlik rıçağı yaratdı”, - Paşinyan bildirib.