BAKI, 6 aprel. TELEQRAF

“Ermənistan Avropa İttifaqına (Aİ) üzv olanda Rusiyanın indiki hökuməti hakimiyyətdə olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqına qoşulacağı təqdirdə Rusiya ilə hava əlaqəsinin kəsiləcəyi barədə xəbərdarlığını şərh edərkən bildirib.

“Overçuka deyin ki, Ermənistan Avropa İttifaqına üzv olanda o və digərləri Rusiyada hakimiyyətdə olmayacaqlar. Qoy narahat olmasın, o vaxta qədər hər gün Moskva-İrəvan-Moskva reysi ilə gedib-gəlsin ki, ürək ağrısı və darıxmasını aradan qaldırsın”, - Safaryan qeyd edib.