BAKI, 23 mart. TELEQRAF

“ABŞ Ermənistan tərəfinin razılığı olmadan “Tramp Marşrutu” və ya TRIPP-dəki payını Türkiyəyə sata bilməz.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Xarici işlər naziri bu məsələ barədə ona sual ünvanlayan jurnalistlərə sənədin mətni ilə tanış olmağı məsləhət görüb: “Orada bütün əməliyyatların yalnız Ermənistan Respublikasının razılığı ilə mümkün olduğu ağ-qara hərflərlə yazılıb”.

Jurnalistlər bildiriblər ki, mətbuat sənədlə tanışdır və İrəvanın təzyiq altında buna getməsi mümkündür.

“Təzyiq? Bu absurddur”, - Mirzoyan jurnalistlərə cavabında söyləyib.

Ermənistan xarici işlər naziri TRIPP üzrə danışıqların normal tempdə getdiyinə əmindir.