BAKI, 18 mart. TELEQRAF

Ermənistan polisinin keçmiş rəisi Vladimir Qasparyanın oğlu Vladimir Qasparyana qarşı hərbi xidmətdən yayınma maddəsi ilə cinayət işi başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, 1 may 2004-cü il təvəllüdlü Vladimir Vladimiroviç Qasparyana qarşı Cinayət Məcəlləsinin 461-ci maddəsinin 1-ci bəndi (məcburi hərbi xidmətdən yayınma) üzrə cinayət işi açılıb.