BAKI, 13 mart. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Koncoryan cəmiyyəti seçkilərdə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın partiyalarına, eləcə də “Daşnaksütyun”a səs verməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Deputat hazırda parlamentdə təmsil olunan bu qüvvələrin yenidən seçilmək cəhdlərinə imkan verilməməli olduğunu deyib.

“Xalqı soymaqla varlananlar parlamentdən qovulmalıdır. Xalqın qanı ilə hakimiyyəti bölüşənlər parlamentdən qovulmalıdır”, - Koncoryan vurğulayıb.

Hakim komandanın üzvü əlavə edib ki, seçkilərdə bu qüvvələrin parlamentdə çoxalmasına imkan yaradılmamalı və evin açarları oğrulara verilməməlidir.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.