BAKI, 9 mart. TELEQRAF

“Transxəzər dəhlizi yalnız Avropaya deyil, həm də sülhə aparan yol ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.

“Transxəzər nəqliyyat dəhlizi kimi strateji layihələri düşünün. İlk baxışda onun məqsədi Mərkəzi Asiya ilə Avropa arasında səyahət müddətini 30 gündən 15 günə endirməkdir, amma layihə bundan daha artıqdır. Bu dəhliz Cənubi Qafqazda keçmişdə bir-birinə qarşı düşmən münasibətdə olmuş dövlətləri (Azərbaycan və Ermənistanı) birləşdirəcək və onları Avropa ilə bağlayacaq.

İkinci Dünya müharibəsindən sonra kömür və polad Avropanı necə birləşdirmişdisə, bu yeni dəhliz də problemli regionda ticarət və əməkdaşlığı norma halına gətirə və yalnız Avropaya deyil, həm də sülhə aparan yol ola bilər. Mənim mövqeyim sadədir: bu regionda, eləcə də Afrika və Yaxın Şərqdəki investisiyalarımız o deməkdir ki, bizim təsir rıçaqlarımız və təmsilçiliyimiz var”, - Leyen bildirib.