BAKI, 24 fevral. TELEQRAF

“Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında yeni səhifə açılıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyannaməni imzalaması və ABŞ Prezidentinin şahidliyi ilə əldə edilən irəliləyişdən sonra Cənubi Qafqazda sülh, rifah və regional əməkdaşlıq sahəsində yeni səhifə açılıb. Mövcud şərait Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın dərinləşdirilməsi və regional əməkdaşlığın təşviqində mühüm rol oynaya biləcək əlaqə, ticarət və etimad quruculuğu tədbirlərini inkişaf etdirmək üçün real imkan yaradır”, - o bildirib.