BAKI, 19 fevral. TELEQRAF

“Qərb Rusiya üçün Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik problemləri yaratmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Qərbin bu gün Kiyev rejimi vasitəsilə Ukraynada həyata keçirdiyi və Cənubi Qafqaz, hətta Mərkəzi Asiya istiqamətində təhlükəsizlik problemləri yaratmaq cəhdləri göstərir ki, inteqrasiya birlikləri çərçivəsində bu ölkələrlə münasibətlər bizim üçün kritik əhəmiyyət daşıyır”, - o bildirib.

Qaluzin qeyd edib ki, Rusiya keçmiş sovet ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirir: “Məsələn, beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi kimi ən vacib layihəyə baxmaq kifayətdir, bunu tərəfdaşlarımızla birlikdə inkişaf etdiririk”.