BAKI, 18 fevral. TELEQRAF
“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi tezliklə imzalanacaq və bu, region xalqlarının rifahına xidmət edəcək”.
Teleqraf xəbər verir ki, bunu Yunanıstan Prezidenti Konstantinos Tassulas Afinada Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.
Vaaqn Xaçaturyan da görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamənin yaratdığı imkanlar və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına yönəlmiş səylər barədə məlumat verib.
Təkbətək söhbətdən sonra geniş tərkibli görüş baş tutub.
Görüşlərdən sonra Yunanıstan Prezidentinin iqamətgahında texnologiya sahəsində anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Sənəd Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin birinci müavini Gevorq Mantaşyan və Yunanıstanın rəqəmsal idarəetmə nazirinin birinci müavini Xristos Dermentzopulos tərəfindən imzalanıb.