BAKI, 27 yanvar. TELEQRAF
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində son günlərdə 87 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Çin, Hindistan, Azərbaycan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan və Suriya vətəndaşları Gürcüstandan deportasiya olunub.
Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişi qadağan edilib.