BAKI, 22 yanvar. TELEQRAF

Davosda Qəzza zolağı üzrə Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində çıxış edən ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dayandırdığı müharibələrdən danışıb.

Teleqraf xəbər verir ki, Amerika lideri ümumilikdə səkkiz müharibəyə son qoyduğunu bildirib.

Donald Tramp bu sırada Ermənistan-Azərbaycan münaqişəsinin həllindəki vasitəçiliyinə də diqqət çəkib.

Dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla həll prosesi ərzində dostlaşdığını da vurğulayıb:

“Azərbaycan və Ermənistan liderləri mənim dostumdur”.

Rusiya-Ukrayna müharibəsini bitirməyi də qarşısına məqsəd qoyduğunu qeyd edən ABŞ Prezidenti bu istiqamətdə də böyük irəliləyişin olduğunu açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti də Donald Trampın dəvəti ilə mərasimdə iştirak edir.