BAKI, 22 yanvar. TELEQRAF

“Rusiya Prezidenti Vladimir Putin öz hakimiyyətini bütün dünya və regionda genişləndirmək istəyirdi”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

“Mərkəzi Asiya, Cənubi Qafqaz (Ermənistan-Azərbaycan sülh razılaşmasını nəzərdə tutur – red.), İran, Suriya, Venesuelada nə baş verdiyinə baxın. Kremlin baxış bucağından bunlar o qədər də uğurlu hekayə deyil”, - Finlandiya lideri vurğulayıb.

Aleksandr Stubbun fikrincə, bütün bunlar Vladimir Putinin xoşuna gəlmir.