BAKI, 22 yanvar. TELEQRAF
Ermənistan hökuməti Qəzza zolağı ilə bağlı Sülh Şurasının nizamnaməsinin imzalanması təklifini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə hökumətin saytında bildirilib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmək tapşırılıb.
Yanvarın 20-də Ermənistan baş nazirinin sözçüsü Nazeli Baqdasaryan bildirib ki, Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına təsisçilərindən biri kimi qoşulmaq üçün dəvət alıb və bu, qəbul edilib.