BAKI, 21 yanvar. TELEQRAF
Pakistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı Sülh Şurasına qoşulmaq təklifini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Pakistan ümid edir ki, bu strukturun yaradılması yekun atəşkəsə nail olmaq, fələstinlilərə humanitar yardımı daha da artırmaq və Qəzzanı bərpa etmək üçün konkret addımlar atmağa imkan verəcək”.