BAKI, 14 yanvar. TELEQRAF

"Tramp Marşrutu" layihəsində Ermənistanın suverenliyi qorunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir qeyd edib ki, layihədə TRIPP Development şirkətində nəzarət paketi ABŞ-yə məxsus olacaq, lakin prinsipial məsələlərdə Ermənistan öz nəzarətini saxlayacaq:

"Yəni, səhmlərin həcmindən asılı olmayaraq, Ermənistanın razılığı olmadan heç bir qərar qəbul edilə və ya hər hansı addım atıla bilməz. Bu yanaşma Ermənistanın suverenliyinin və hüquqi nəzarətinin qorunmasını təmin edir".