BAKI, 13 yanvar. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. “Tramp yolu” layihəsinin icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır.