BAKI, 8 yanvar. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyini şərh edən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və bu fürsəti siyasi oyuna çevirməyəcək iş adamlarına təklif verilib:

“Delimitasiya komissiyalarının iclası zamanı Azərbaycan baş nazirinin müavini Azərbaycan neft məhsullarının Ermənistana satılmasını təklif edib. Belə bir ehtimalın olduğunu dedik. Hər iki tərəfdən şirkətlər - səhv etmirəmsə, bizim tərəfimizdə iki şirkət var idi - əlaqə qurdular. Üstəlik, birinci partiyanın idxalı zamanı boykot baş verdi. Bu benzini satmaqdan imtina edən yanacaqdoldurma məntəqələri var idi. Bu isə o deməkdir ki, ilkin narahatlığımız və ehtiyatlılığımız doğru idi. Amma indi hər kəs üçün aydın olur ki, bazar və imkanlar hamı üçün açıqdır, istəyən bundan faydalana bilər”.