BAKI, 8 yanvar. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yenidən qoşulması ilə bağlı hələlik əlavə açıqlayacaq məlumatı yoxdur.
Teleqraf xəbər verir ki, bunu Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
"Yeni məlumatlar ortaya çıxsa, mütləq paylaşardım. Əvvəlki bütün açıqlamalarım isə qüvvədə qalır",- o qeyd edib.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını müvəqqəti dayandırıb. 2025-ci ilin dekabrında isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva İrəvanın KTMT-də tam fəaliyyətini bərpa etməsinə heç bir maneə görmür və təşkilatın normativ-hüquqi bazasında “dayandırma” anlayışı mövcud deyil.