BAKI, 30 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan və Robert Köçəryana qarşıdan gələn bayram münasibətilə təbrik mesajları göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında bildirilib.

Rusiya başçısının təbrik mesajı Kuba (Raul Kastro), Qazaxıstan (Nursultan Nazarbayev) və Almaniya (Gerhard Şröder) da daxil olmaqla, bir sıra keçmiş dövlət və hökumət başçılarına da göndərilib.