BAKI, 25 dekabr. TELEQRAF
“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ticarətin digər formaları da yaranacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycan Ermənistana neft məhsulları satmağa hazırdır və ilk qatarın gətirdiyi məhsullar artıq bazara çıxıb:
“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında qarşılıqlı ticarət halları yaranacaq. Hazırda Azərbaycandan Ermənistana idxal var, ümid edirəm ki, Ermənistandan Azərbaycana da ixrac olacaq”.
Paşinyan əlavə edib ki, siyasi qadağa yoxdur və biznes dairələri bir-biri ilə razılaşmalıdır: “Əgər məlum olarsa ki, hökumət bu razılaşmaları mümkün etmək üçün hansısa addım atmalıdır, bunu edəcəyik”.