BAKI, 17 dekabr. TELEQRAF

Ermənistan parlamenti ikinci və sonuncu oxunuşda “Milli Təhlükəsizlik Orqanları haqqında” qanuna Xarici Əks-Kəşfiyyat Xidmətinin yaradılmasını nəzərdə tutan düzəlişləri qəbul edib.

Teleqraf xəbər verir ki, qurum Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində yaradılacaq.

Layihə 2022-ci ilin dekabrında Xarici Kəşfiyyat Xidməti ilə Milli Təhlükəsizlik Xidməti arasında funksiyaların bölüşdürülməsindən sonra qəbul edilib. Yeni bölmənin vəzifələrinə Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi də daxil olacaq.

Xatırladaq ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabr ayında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və Kristine Qriqoryan (keçmiş ombudsman) onun rəhbəri təyin edilib.