BAKI, 17 dekabr. TELEQRAF

Gürcüstan Parlamenti üçüncü və sonuncu oxunuşda Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib.

Teleqraf xəbər verir ki, qanunun lehinə 77 deputat səs verib.

Qanun imzalanmaq üçün Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə göndərilib. Prezident onu imzaladıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-də fəaliyyətini dayandıracaq.