BAKI, 9 dekabr. TELEQRAF
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) dondurulmuş statusunun nə qədər davam edəcəyi yalnız İrəvanın öz qərarından asılıdır.
Teleqraf xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyasının müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri Anatoli Vıbornı bildirib.
O qeyd edib ki, KTMT bütün qərarların üzv ölkələrin xoşməramlı iradəsi əsasında qəbul olunduğu yeganə beynəlxalq qurumdur və təşkilat çərçivəsində heç bir ölkəyə təzyiq göstərilmir:
"Ermənistan da KTMT və onun parlament formatında qəbul edilən qərarlara hörmətlə yanaşır".