BAKI, 5 dekabr. TELEQRAF

Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker bu gün Ermənistanın Britaniya səfirliyi yanında hərbi münasibətlər ofisinin açılış mərasimində iştirak etmək üçün İrəvana gedib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu addım Böyük Britaniyanın Ermənistanın təhlükəsizliyi və suverenliyinə uzunmüddətli öhdəliyini bir daha təsdiqləyir.

Xatırladaq ki, dekabrın 4-də mayor Tomas Şorland Boll Böyük Britaniyanın Ermənistanda rezident müdafiə məsələləri üzrə ilk attaşesi də təyin edilib.