BAKI, 4 dekabr. TELEQRAF

Mayor Tomas Şorland Ball Böyük Britaniyanın Ermənistana ilk rezident müdafiə attaşesi təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Bu tarixi addım Böyük Britaniya və Ermənistan arasında tərəfdaşlığın artan gücünü əks etdirir, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək”, - səfirlik bildirib.