BAKI, 3 dekabr. TELEQRAF
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq, lakin bu prosesin tempi və yekun nəticəsi Brüsselin mövqeyindən asılı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "Deutsche Welle" ilə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırda Aİ-nin mövqeyi qeyri-sabitdir və ikiüzlü standartlarla idarə olunur:
"2030-cu ilə qədər Gürcüstan Aİ-yə üzvlük üçün hazır olacaq, lakin bu gün biz bilmirik ki, Avropa İttifaqı öz baxışlarını dəyişəcəkmi. Onlar ikili standartlara əsaslanırlar. Əsas olan dialoqdur, lakin onlar bizimlə dialoqa qoşulmurlar. Bəzən hökuməti tanıyırlar, bəzən yox. Bu absurd vəziyyətdir".