BAKI, 3 dekabr. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BBC-nin hökuməti ittiham edən məqaləsinə sərt reaksiya verib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
"Prezident bəyanatında BBC-nin yazısını ölkədə saxlanılan müxalif siyasətçi Aleko Elisaşvili hərəkətləri ilə eyni səviyyədə qiymətləndirib:
"Aleko Elisaşvili törətdiyi hərəkət və BBC-nin məqaləsi eyni kontekstdə dəyərləndirilməlidir. Bu, terror aktıdır".
Qeyd edək ki, Britaniya nəşri BBC daha əvvəl Gürcüstanı antinhökumət etirazlarında Birinci Dünya müharibəsi dövrünə aid zəhərləyici maddədən istifadə etməkdə günahlandırmışdı. Aleko Elisaşvili isə Tbilisi Şəhər Məhkəməsinin dəftərxanasını yandırmağa cəhd etməkdə ittiham olunaraq saxlanılmışdı.