BAKI, 2 dekabr. TELEQRAF
Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb.
Teleqraf xəbər verir ki, sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb.
Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq.
Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Koss bundan əvvəl bəyan etmişdi ki, strateji tərəfdaşlıq gündəliyi Ermənistanın iqtisadi inkişafı və təsisatlarının güclənməsinə töhfə verəcək dəstək olacaq. Yeni tərəfdaşlıq gündəliyinə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da daxildir. Avropa İttifaqı, həmçinin qarşıdan gələn parlament seçkiləri ərəfəsində mümkün hibrid təhlükələr, dezinformasiyanın yayılması və kiberhücumlara qarşı mübarizədə Ermənistanı dəstəkləyəcək.