BAKI, 26 noyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyası məlumat yayıb.

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Prezident Vaaqn Xaçaturyan da iştirak edib. Cari gündəm və qurumun səlahiyyətlərinə aid olan strateji məsələlər müzakirə olunub.