BAKI, 26 noyabr. TELEQRAF
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi müzakirə edilmir.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də iştirak formatı artıq müəyyənləşdirilib:
"İrəvan KTMT-də qərarların və sənədlərin qəbulunda iştirak etməsə də, buna mane olmur. Hazırkı mərhələdə siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqları əsasında, diversifikasiya və balanslaşdırma prinsiplərinə uyğun həyata keçirir".
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ermənistan noyabrın 27-də Bişkekdə keçiriləcək KTMT sammitində iştirak etməyəcək və İrəvan orada qəbul olunacaq qərarlara etirazını bildirməyəcək.